...

"ƏLİL TƏŞKİLATLAR İTTİFAQI"nın TƏQDİM ETMƏ MƏRASİMİ KEÇİRİLİB

Cəmiyyət Materials 19 Avqust 2005 17:52 (UTC +04:00)

Avqustun 19-da "Əlil Təşkilatlar İttifaqı"nın (ƏTİ) təqdimatı keçirilib. Trend məlumat verir ki, bu qurum respublikada fəaliyyət göstərən 8 əlilin təmsil olunduğu qeyri-hökumət təşkilatlarının təsisçiliyi ilə yaraldılıb.

ƏTİ-nin sədri Davud Rəhimovun sözlərinə görə, təşkilatın məqsədi əlil təşkilatlarının fəaliyyətini əlaqələndirmək və onların ümumi maraqlarını təmsil etməkən ibarətdir.

Əsas vəzifə isə normal vətəndaş cəmiyyətinin formalaşması, bərabər imkanların yaradılması, fiziki məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası problemlərini birgə araşdırmaq, onların sosial müdafiəsi istiqamətində tədbirlərin strategiyalarını müəyyən etmək, əmək, tibbi, sosial və s. reabilitasiya məqsədli kompleks işləri həyata keçirməkdir.

Təşkilat digər sağlam vətəndaşlarla yanaşı bərabər hüquqlu imkanların yaradılmasına səy göstərəcək. Fiziki məhdudiyyətli və aztəminatlı insanlara dair dövlətin yeritdiyi sosial siyasətin müəyyən edilməsində təkliflərlə yaxından iştirak edəcək.

"Respublikanın dövlət və qeyri-hökumət təşkilatları ilə beynəlxalq, humanitar təşkilatların yerli və xarici kommersiya isitehsalat şirkətləri, həmçinin, bütün iqtisadi qurumlarla əməkdaşlıq edəcəyik.

Əməkdaşlığın əsas istiqamətləri fiziki məhdudiyyətli insanlar üçün yeni iş yerləri açılmasını, istirahət yerlərinin, idman qurumlarının, səhiyyə xidməti obyektlərinin, təhsil ocaqlarının, sosial reabilitasiya sistemlərinin, kitabxanaların, mədəniyyət evləri, resurs mərkəzləri, müasir infomrasiya texnologiyaları üzrə adaptasiya avadanlıqları ilə təsis edilmiş mərkəzlərin yaradılmasını əhatə edəcək", - deyə D.Rəhimov bildirib.

Xəbər lenti

Xəbər lenti