...

TƏHSİL NAZİRLİYİ AZƏRBAYCAN MƏKTƏBLƏRİNİN DƏRSLİKLƏRLƏ TƏMİN OLUNMASI İLƏ BAĞLI GÜRCÜSTANLI HƏMKARLARININ TƏKLİFİNİ GÖZLƏYİR

Cəmiyyət Materials 23 Avqust 2005 17:48 (UTC +04:00)

Azərbaycanın Təhsil Nazirliyi azərbaycanlıların kompakt yaşadıqları rayonlarda məktəblərin dərsliklərlə təmin olunması ilə bağlı gürcüstanlı həmkarlarının təkliflərini gözləyir. Bu barədə Trend ə təhsil naziri Misir Mərdanov bildirib.

Onun sözlərinə görə, dərs ilinin başlanmasına hələ vaxtın qalmasına baxmayaraq, Nazirlik məsələnin tezliklə həllində maraqlıdır. Hazırda AR TN nümayəndə heyəti Gürcüstandadır və orada Azərbaycan məktəblərinin müəllimləri üçün treninqlər keçirir.

Bu məktəblərdə gürcü dilinin tədris edilməsinə gəldikdə isə, bu məsələnin həllinin Gürcüstanın Təhsil Nazirliyindən asılı olduğu bildirilib.

Xəbər lenti

Xəbər lenti