...

BİRMİNGQEMDƏ AVROPA BİRLİYİNİN GİMNASTİKA ÜZRƏ KONQRESİ KEÇİRİLƏCƏK

Cəmiyyət Materials 6 Sentyabr 2005 12:48 (UTC +04:00)

Tbilisidə bədii gimkastika üzrə daha bir beynəlxalq turnir başa çatıb.

Həmin turnirdə azərbaycanlı Zülfiyyə Əliyeva və Nərgiz Əliyeva iştirak edib. Azərbaycanın Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən məlumata görə, Z.Əlieyva həm müxtəlifnövlər üzrə, həm də ayrı-ayrı növlər üzrə 4-cü nəticəni göstərib. İlk birinci yeri bolqar, gürcü və rusiyalı idmançılar tutublar. 11 yaşlı N.Əliyeva isə turnirin ən gənc iştirakçısı kimi xüsusi mükafat alıb.

Mətbuat xidmətindən onu da bildiriblər ki, ölkənin iki gimnastı Şakir Şıxəliyev və Fərid Ağazadə sentyabrın 10-11-də istanbulda keçiriləcək "Bosfor Kuboku" beynəlxalq turnirdə iştirak edəcək.

Bu müddətdə İngiltərənin Birmingem şəhərində Avropa Birliyinin gimnastika üzrə Konqresi (UEG) keçiriləcək. Onun işində Azərbaycanın Gimnastika Federasiyasının baş katibi Çingiz Şamilov iştirak edəcək. Qitədə gimnastikanın populyarlaşması və gələcək inkişafı məsələləri və yeni rəhbər orqanların seçilməsi forum iştirakçılarının diqqət mərkəzində olacaq.

Bu arada, Beynəlxalq Gimnastika Federasiyasının (FIG) akrobatik gimnastika üzrə Texniki Komitəsi ötən yay Vinnitsdə (Ukrayna) keçirilən hakimlər üçün imtahanlarının nəticələrinin elan edib. İmtahanınn nəticələrinə görə, azərbaycanlı arbitr Adıgözəl Rəcəbova tir üzrə 3-cü, İradə Qurbanova və Lalə Abdullayevaya isə 4-cü dərəcə verilib. Beləliklə, onlar akrobatika üzrə bütün beynəlxalq turnirlərdə hakimlik edə bilərlər.

Xəbər lenti

Xəbər lenti