...

QAFQAZIN DİN XADİMLƏRİ REGİONUN DÖVLƏT BAŞÇILARI İLƏ GÖRÜŞMƏK TƏŞƏBBÜSÜNÜ BİLDİRİB

Cəmiyyət Materials 22 Sentyabr 2005 16:03 (UTC +04:00)

Qafqazın din xadimləri regionun dövlət başçıları ilə xüsusi görüş keçirmək təşəbbüsünü bildirib. Trend in məlumatına əsasən, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadə jurnalistlərə bildirib.

Təşəbbüs bu günlərdə Qafqaz xalqları din xadimlərinin Bakıda keçirilən görüşündə qaldırılıb.QMİ sədri qeyd edib ki, din xadimləri Rusiya, Azərbaycan prezidentləri, RF-nin Şimali Qafqaz regionlarının rəhbərləri, həmin ölkə xalqlarının dini liderləri ilə regionda baş vermiş kompleks problemlərə hərtərəfli və ətraflı baxılması üçün görüş keçirməyi təklif edir. Regionda sülhün və sabitliyin bərqərar edilməsi üçün terrorizm, separatizm və radikal islami qüvvələrə qarşı mübarizədə tədbirlərin gücləndirilməsi üzrə əlaqələndirilmiş hərəkət planının işlənib-hazırlanması təklif olunur.

Xəbər lenti

Xəbər lenti