...

ÖLKƏNİN DƏRMAN BAZARINDA YERLİ İSTEHSALIN PAYI 5% TƏŞKİL EDİR

Cəmiyyət Materials 12 Oktyabr 2005 16:56 (UTC +04:00)

Azərbaycanda tibbi pereparatların istehsalı üzrə iki müəssisə Səhiyyə Nazirliyinin lisenziyasına malikdir. Səhiyyə nazirinin müavini Elsevər Ağayevin Trend ə verdiyi məlumata görə, onlardan biri qan əvəzedicilərinin istehsalı ilə məşğuldur. İkincisi kapsul, həb, məlhəm və digər formalarda 100 adda dərman pereparatları istehsal edir.

"Hazırda yerli bazarda yerli dərman pereparatlarının istehsalı çox az yer tutur və bu məhsulların ümumi həcmi 5 %-ə bərabərdir. Lakin yerli istehsalçılar öz məhsullarını xaricə satmağa başlayıblar ", - deyə o qeyd edib. E.Ağayev həmçinin, qeyd edib ki, Azərbaycanda özəl strukturlara tibbi fəaliyyət göstərmək üçün 370-ə yaxın liüenziya verilib. Belə təşkilatların əsas kütləsini özəl stomotoloji kabinetlər təşkil etsə də, tamfunksiyalı klinikalar da mövcuddur.

Xəbər lenti

Xəbər lenti