...

Şəkidə şahmat turniri başlayıb

Cəmiyyət Materials 18 Oktyabr 2005 13:52 (UTC +04:00)

Şəkidə qadınlar arasında beynəlxalq şahmat turnirinin ilk 3 turu keçirilib. Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənovun Trend ə verdiyi məlumata görə, 2.5 xalla hələlik azərbaycanlı Nərgiz Umudova və rusiyalı idmançı, ikinci dünya çempionu Yekaterina Kovalevskaya liderlik edir.

Təcrübəli Nona Qaprindaşvili 2 xalla üçüncü yerdədir. Azərbaycandan olan ikinci iştirakçı Elmira Əliyeva 3-cü turda Nərgiz Umudovaya uduzaraq hələlik 1 xala malikdir.

Xəbər lenti

Xəbər lenti