...

"Ural-Qreyt" çox güclü tərkibdə Bakıya gələcək

Cəmiyyət Materials 2 Noyabr 2005 19:21 (UTC +04:00)

Permin "Ural-Qreyt" basketbol klubu noyabrın 2-də, axşam Bakıya gələcək və bir gün sonra "Challenge Cup" oyunlarının qrup mərhələsində "Qala" klubuna qarşı görüş keçirəcək.

Milli Federasiyada Trend ə bildirilib ki, Rusiya komandasının tərkibində Permin bir çox güclü oyunçuları olacaq. Xüsusilə qeyd etmək lazımdır ki, komandada bir vaxtlar öz ölkəsinin aparıcı basketbolçularından olan Vasili Karasyev də vardır. Axşam "Ural-Qreyt" klubunun Olimpiya kompleksində məşq keçirəcəyi planlaşdırılır və rəqiblə görüş də burada olacaq.

Qeyd etmək lazımdır ki, məhz permliləri mütəxəssislər qrupun favoritləri hesab edir və komanda artıq doğma divarlar arxasında Ukraynanın "Ximik" komandasına qarşı görüşdə qalib gələrək bunu təsdiq edib.

Xəbər lenti

Xəbər lenti