...

Zeynəb Cavadlı İzmirdə başa çatmış beynəlxalq turnirdə 8-ci yerə layiq görülüb

Cəmiyyət Materials 21 Noyabr 2005 13:00 (UTC +04:00)

Türkiyənin İzmir şəhərində bədii gimnastika üzrə beynəlxalq turnir başa çatıb. Azərbaycan Gimnastika Federasiyasından Trend ə verilən məlumata görə, hər il Türkiyədə keçirilən bu yarışda Azərbaycan gimnastı Zeynəb Cavadlı da iştirak edib.

O, finalda gürzlə çıxış edərək ən yaxşı nəticə göstərib və 18.7 balla 8-ci yerdə qərarlaşıb. Şəxsi hesaba gəldikdə, o, 36 iştirakçı arasında 77.105 xalla 13-cü yerdədir. Bütün növlər üzrə yarışın qalibləri isə Belarus və Ukrayna gimnastlarıdır.

Türkiyədən qayıdan Zeynəb dekabrın 7-9-na planlaşdırılmış Azərbaycan birinciliyində və Bakı çempionatında iştirak edəcək.

Azərbaycan Milli Gimnastika Federasiyası mətbuat xidmətindən o da bildirilib ki, respublikadaxili yarışa qədər noyabrın 25-28-də İtaliyada Anna Qurbanovanın da dəvət olunduğu daha bir beynəlxalq Spoleto Cup turniri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti