...

Canmirzə Mirzəyevin şikayət ərizəsi Apellyasiya Məhkəməsinə daxil olub

Cəmiyyət Materials 21 Noyabr 2005 14:07 (UTC +04:00)

Noyabrın 21-də II ranq kapitan, Ali Hərbi Dənizilik Məktəbinin keçmiş rəisi Canmirzə Mirzəyevin şikayəti Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinə daxil olub. Bu barədə Trend ə Apellyasiya Məhkəməsinin mətbuat xidmətinin rəhbəri Anar Məmmədov məlumat verib.

C.Mirzəyevin şikayəti Bakı şəhəri, Xətai rayon Məhkəməsi tərəfindən çıxarılmış qərarla bağlıdır.

Qeyd edək ki, həmin məhkəmədə hakim İskəndər Qasımovun sədrliyi ilə Canmirzə Mirzəyevin məhkumluğunun üzərindən götürülməsi ilə bağlı ərizəsinə baxılıb və hakim ərizəni təmin etməyib. Canmirzə Mirzəyev isə hakimin qərarını ədalətsiz hesab edərək qərardan apellyasiya şikayəti verib.

II ranq kapitan, Ali Hərbi Dənizilik Məktəbinin keçmiş rəisi Canmirzə Mirzəyev kontur-admiral Eduard Hüseynovun qətlinin sifarişçisi kimi 2000-ci ildə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. 10 may 2004-cü il tarixdə isə ölkə başçısı tərəfindən əfv olunub. Hazırda cəzasının 4 il çəkilməmiş hissəsi qalıb.

Apellyasiya şikayəti məhkəməyə yeni daxil olduğundan hələlik heç bir hakimin icraatına verilməyib.

Xəbər lenti

Xəbər lenti