...

Müğənni Lalə Məmmədova "Səni sevirəm" adlı mahnısının klip çəkilişlərinə başlayıb

Cəmiyyət Materials 6 Dekabr 2005 12:38 (UTC +04:00)
Müğənni Lalə Məmmədova "Səni sevirəm" adlı mahnısının klip çəkilişlərinə başlayıb

Müğənni Lalə Məmmədova dekabrın 6-da "Səni sevirəm" adlı mahnısının klip çəkilişlərinə başlayıb. Bu barədə Trend ə Lalə Məmmədova özü məlumat verib.

Qeyd edək ki, müğənni musiqisi Gövhər Həsənzadəyə məxsus olan bu yeni mahnısına klip çəkdirmək qərarına gəlib və bu işi rejissor Zöhrab Ağayevə həvalə edib. Klipin çəkilişləri "Karvan" restoranında aparılır. Lalə Məmmədova deyib ki, klip bir gün ərzində çəkiləcək. Onun sözlərinə görə, Klipdə azyaşlı uşaqlar çəkiləcək və buna görə də hava şəraiti ilə əlaqədar başqa yerlərdə, həmçinin açıq havada çəkiliş pavlionları qurulmayıb. Rejissor və klipin ideyasını dəstəkləyən müğənni özü çəkiliş meydanı və dekorasiyalar seçimi zamanı "Karvan" restoranını bəyəniblər.

Müğənninin sözlərinə görə, çəkilişdən sonra klipin montajına başlanacaq və bütün işlər başa çatdıqdan təqdimat mərasimi keçiriləcək. Lakin Lalə Məmmədova klipin təqdimatının nə vaxt baş tutacağının hələ məlum olmadığını bildirib.

Qeyd edək ki, "Səni sevirəm" mahnısı Lalə Məmmədovanın bu günlərdə işıq üzü görən eyni adlı disk və audio-kassetdən ibarət yeni albomuna daxildir.

Xəbər lenti

Xəbər lenti