...

Şahin Diniyev Xalid Muradovun xidmətlərindən istifadə edə bilməyəcək

Cəmiyyət Materials 6 Dekabr 2005 19:48 (UTC +04:00)

Azərbaycanın yığmasının baş məşqçisi təyin edilsmiş "Gəncə" klubunun baş məşqçisi Şahin Diniyev çempionatın iki oyununda yarımmüdafiəçi Xalid Muradovun xidmətlərindən istifadə edə bilməyəcək.

Trend in məlumatına görə, İntizam Komitəsinin iclasında AFFA futbolçunu "Qarabağ" komandasına qarşı döyüşün 11-ci turunda hakimi təhqir etdiyinə görə iki oyunda iştirakdan məhrum edib. Həmçinin, klubun 10 milyon manat həcmində cərimə ödəməsi qərara alınıb. Eyni zamanda, SKA "GÖyəzən" komandası ilə oynua deymək olar ki, bğir saat gecikdiyinə gbrə AFFA-nın xəzinəsinə 7,5 milyon manat ödəməli olub.

AFFA-nın İK həmçinin, "Şərur" komandasını da "Viləş"lə görüş ərəfəsində meydanı lazımi şəkildə qaydaya salmadığına görə cəzalandırıb. Nəticədə ev sahibləri 1 milyon manat cərimə ödəməli olublar.

Xəbər lenti

Xəbər lenti