...

Cəzaçəkmə müəssisəsində baş vermiş iğtişaşda təqsirləndirilən məhkumlara dekabrın 11-də hökm oxunacaq

Cəmiyyət Materials 8 Dekabr 2005 19:37 (UTC +04:00)

Dekabrın 11-də Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin 13 saylı Cəzaçəkmə Müəssisəsində baş vermiş iğtişaşda təqsirləndirilən 13 məhkuma hökm oxunacaq. Bu barədə Trend ə həmin cinayət işi ilə bağlı Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsində keçirilən məhkəmə istintaqına sədrlik edən hakim Azər Orucov məlumat verib.

1 aydan artıq davam edən məhkəmə iclasında müəyyən edilib ki, hazırda müttəhimlər kürsüsündə əyləşmiş dustaqlar iğtişaşı Qobustan Qapalı Həbsxanasında ömürlük cəza çəkən Rauf Məmmədovun təhriki ilə törədiblər. İğtişaş zamanı cəzaçəkmə müəssisəsinin nəzarətçilərinə qarşı silahla müqavimət göstərilib.

Lakin məhkəmə iclasında ifadə verən müttəhimlərin bəziləri özlərini təqsirli hesab etməyib. Müttəhim Qalib Hənifəyevə qarşı irəli sürülən ittihamda bildirilib ki, o, Qobustan Qapalı Həbsxanasında cəza çəkən Rauf Məmmədovun telefon zəngindən sonra digər dustaqlara iğtişaş törətməklə bağlı göstəriş verib. Q.Hənifəyev isə məhkəmənin nəzərinə çatdırıb ki, Rauf Məmmədovu tanısa da, onunla heç vaxt telefon danışığı omlayıb. Müttəhim bunu cəzaçəkmə müəssisəsində cəza çəkərkən mobil telefonunun olmaması ilə sübut etməyə çalışıb.

Digər təqsirləndirilənlər də iğtişaş sifarişinin Qobustan Qapalı Həbsxanasından gəlmədiyini bildiriblər.

Xəbər lenti

Xəbər lenti