...

Azərbaycanın Təhsil nazirliyi "Məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi" proqramını hazırlayıb

Cəmiyyət Materials 10 Dekabr 2005 11:57 (UTC +04:00)

Azərbaycanın Təhsil nazirliyində "Məktəb kitabxanalarının fəaliyyətinin təkmilləşdirilməsi" proqramı hazırlanıb. Nazirlikdən Trend ə verilən məlumata görə, proqramda məktəb kitabxanalarının maddi-texniki bazasının gücləndirilməsi, kitabxanalarda müasir informasiya texnologiyalarının tətbiqi, ixtisaslı kadrların hazırlanması və s. nəzərdə tutulub.

Proqramın layihəsi hökumət və ayrı-ayrı müvafiq strukturların baxılmasına veriləcək. Onun həyata keçirilməsinin dövlət tərəfindən maliyyələşdirilməsi nəzərdə tutulub.

Hazırda nazirlikdə daha 5-6 yeni proqram layihəsi üzərində iş aparılır. Onlar arasında "Məktəbəqədər təlimin təkmilləşdirilməsinin inkişafı Proqramı", "İstedadlı uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı haqqında Dövlət Proqramı", "Ümumtəhsil məktəblərin istilik sistemləri ilə təmin olunmasının inkişafı proqramı", "Şagirdlərin nailiyyətlərinin qiymətləndirilməsinin yeni modelinin yaradılması üzrə inkişaf proqramı" layihələri var.

Xəbər lenti

Xəbər lenti