...

Akif Məhərrəmov səhhətindəki problemlərlə əlaqədar olaraq həkim müayinəsindən keçirilib

Cəmiyyət Materials 12 Dekabr 2005 17:55 (UTC +04:00)

MTN-in istintaq təcridxanasında saxlanınlan Azərbaycanın səhiyyə nazirliyinin əczaçılıq və tibbi texnika şöbəsinin sabiq müdiri Akif Məhərrəmov səhhətindəki problemlərlə əlaqədar olaraq həkim müayinəsindən keçirilib. Bu barədə Trend ə onun vəkili Kamandar Nəsibov bildirib.

Onun sözlərinə görə, A. Məhərrəmov bütün lazımi həkim müayinələrindən keçirilib və bunun nəticəsi həkim rəyində öz əksini tapacaq. A. Məhərrəmov haqqında həbs qəti imkan tədbirinin dəyişməsi bu rəydən asılı olacaq. Vəkil müttəhimlə sonuncu dəfə dekabrın 11-də görüşüb və səhhətinin ağır olaraq qaldığını bildirib.

Vəzifəsindən sui-istifadə etməkdə, rüşvət almaq və verməkdə ittiham edilən A. Məhərrəmov şəkərli diabet və ürək çatışmamazlığından əziyyət çəkir. Vəkil onun həbsdən azad olması üçün istintaq qrupuna vəsadətlə müraciət edib və həkim müayinəsi bu sənədə əsasən aparılıb.

Xəbər lenti

Xəbər lenti