...

Ramil Sərəfovla bağlı Budapeşt məhkəməsinə müraciət ünvanlanıb

Cəmiyyət Materials 13 Dekabr 2005 18:01 (UTC +04:00)

Azərbaycan ordusunun zabiti, Macarıstanda erməni zabitini qətlə yetirməkdə təqsirləndirilən Ramil Səfərovla bağlı Budapeşt məhkəməsinə müraciət ünvanlanıb. Trend in məlumatına görə, bu müraciət dekabrın 13-də Beynəlxalq Mətbuat Mərkəzində keçirilən dəyirmi masada qəbul olunub. Qarabağ Azadlıq Təşkilatının (QAT) təşübbüsü ilə keçirilən və Ramil Səfərovun müdafiəsinə həsr olunmuş tədbirdə Azərbaycan zabitinin erməni fitnəkarlığının, bilərəkdən edilən təxribatın qurbanı olduğu vurğulanıb.

Ramil Səfərovun hüquqlarını müdafiə komitəsi Budapeşt məhkəməsinə müraciət qəbul edib. Sənəddə məhkəmə prosesinin obyektiv aparılması, R.Səfərovun düşdüyü durumun və hərəkətin səbəblərinin nəzərə alınması xahiş olunur.

Xəbər lenti

Xəbər lenti