...

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin sabiq rəisi rüşvət almaqda və rüşvət verməkdə təqsirləndirilir

Cəmiyyət Materials 13 Dekabr 2005 19:13 (UTC +04:00)

Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin sabiq rəisi, hazırda həbsdə olan Nazim İbrahimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311 (rüşvət alma) və 312-ci (rüşvət vermə) maddələri ilə cinayət məsuliyyətinə cəlb olunub. Bu barədə Trend ə N.İbrahimovun vəkili Səyyad Məmmədov məlumat verib.

N.İbrahimova qarşı irəli sürülən ittihamlara görə o, 2004-cü ildə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən keçirilən test imtahanı zamanı boş qalmış yerlərə qeyri-qanuni olaraq bir neçə tələbə yerləşdirib. Həmin tələbələrin Bakı, Gəncə və Sumqayıt şəhərlərindəki tibb məktəblərinə qanunsuz yolla qəbulunu təşkil edib.

Qeyd edək ki, N.İbrahimovun cinayət işi üzrə istintaq Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq İdarəsi tərəfyindən həyata keçirilir. N.İbrahimov da MTN-nin istintaq təcridxanasında saxlanılır.

Xəbər lenti

Xəbər lenti