...

Qərbi azərbaycanlılar Azərbaycan prezidenti və Milli məclisin spikerinə müraciət ünvanlayıb

Cəmiyyət Materials 16 Dekabr 2005 17:27 (UTC +04:00)

Qərbi Azərbaycandan olan bir qrup ictimaiyyət nümayəndəsi Azərbaycan prezidenti İlham Əliyevə və Milli məclisin sədri Oqtay Əsədova müraciət qəbul edib. Trend in məlumatına görə, bu barədə dekabrın 16-da Beynəlxalq Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında açıqlama verilib.

Əslən Qərbi Azərbaycandan (hazırda Ermənistan Respublikasının ərazisi hesab olunan mahallar) olan şəxslər mətbuat konfransı keçirərək 1988-ci ildə Ermənistandan deportasiya olunmuş azərbaycanlıların hüquqlarının bərpa olunması barədə fikir və təkliflərini bildiriblər. Qeyd olunub ki, 1988-ci ilin dekabrında Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların öz doğma yurdlarından qovulmasının son mərhələsi həyata keçirilib. Ona görə də dekabrın 22-si Qərbi azərbaycanlıların deportasiyası günü kimi qeyd olunması təklif edilir. Bu məqsədlə qərbi azərbaycanlılar prezident İlham Əliyevə və parlamentin spikeri Oqtay Əsədova müraciət ünvanlayıblar.

Müraciətdə həmçinin azərbaycanlı qaçqınlara son illərə qədər verilən imtiyazların yenidən bərpa edilməsini təklif olunur. Eyni zamanda müraciət müəllifləri hesab edirlər ki, azərbaycanlı qaçqınların deportasiya nəticəsində itirdikləri mal-mülklərə, bütün əmlaklarına görə Ermənistan hökuməti onlara təzminat ödəməlidir. Dövlət başçısından Ermənistan rəhbərliyi qarşısında bu məsələni qaldırması xahiş olunur.

Xəbər lenti

Xəbər lenti