...

Ağacan Əbiyev: HBAA və təşəbbüs qrupunun razılığa gəlməsi çətin olacaq

Cəmiyyət Materials 17 Dekabr 2005 14:06 (UTC +04:00)

"Həvəskar Boks Avropa Assossiasiyasının (HBAA) rəhbərliyi ilə təşəbbüs qrupunun konstruktiv dialoq aparması çox çətin olacaq ". Bu barədə Milli Federasiyanın rəhbəri Ağacan Əbiyev Trend ə HBAA-nın Növbədənkənar Konqress əvəzinə İcraiyyə Komitəsinin çağırılması barədə qərarını şərh edərkən bildirib.

O, təşkilatın rəhbərliyi tərəfindən EIBA-nın fəaliyyətdə olan Nizamnaməsinin pozulması faktları barədə bütün maraqlı şəxslərin mülahizələrini söyləmək imkanı yaratmaq üçün tərəflərin Praqada görüşünün təşkil edilməsini təklif edir. "Bütün dialoqun sadəcə olaraq perspektivsiz olması ondan irəli gəlir ki, HBAA-qıq direktorluğunun və onun rəqiblərinin mübahisələrini ayırd etmək üçün hakim yoxdur", -deyə A.Əbiyev qeyd edib. O, həmçinin, hesab edir ki, təşəbbüs qrupunun ideyalarını dəstəkləməyən və böyük əksəriyyəti Qərbi Avropanın nümayəndələrindən ibarət olduğu üçün İcraiyyə Komitəsi həlli tələb olunan problemi həll etmək iqtidarında deyil.

Xəbər lenti

Xəbər lenti