...

Azərbaycanın Ekologiya Nazirliyi quş ovu üzərindən qadağanın götürülməsini məqsədəuyğun hesab etmir

Cəmiyyət Materials 20 Dekabr 2005 16:00 (UTC +04:00)

Azərbaycanın Ekologiya və Təbii ehtiyatlar Nazirliyi quş ovu üzərindən qadağanın götürülməsini məqsədəuyğun hesab etmir. Bu barədə Trend ə ekologiya və təbii ehtiyatlar naziri Hüseyn Bağırov məlumat verib.

"Ölkədə "quş qripi"nin mövcud olmasının təsdiq olunmamasına baxmayaraq, qadağanı davam etdirmək nəzərdə tutulub. Biz yekun qərar çıxarmaq üçün Dövlət Baytarlıq Xidmətinin rəsmi rəyini gözləyirik", - deyə o bildirib.

H.Bağırov qadağanın götürülməsi imkanlarını inkar etməyib, lakin bu zaman "bir neçə ovçunun xatirinə görülən bütün işləri zərbə altında qoyamağın" qeyri-mümakün olduğunu da vurğulayıb.

Noyabrın 11-də Nazirlik quş ovunun daha bir ay (dekabrın ortalarına kimi) uzadılması barədə qərar qəbul edib. Hazırda köçəri quşların olduqları yerlərdə Nazirliyin mütəcxəssisləri tərəfindən gücləndirilmiş nəzarət davam edir.

Xəbər lenti

Xəbər lenti