...

Dünyanın bir çox güləşçiləri Bakıda keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

Cəmiyyət Materials 22 Dekabr 2005 16:55 (UTC +04:00)

Dekabrın 23-də Bakının Olimpiya kompleksində sərbəst və yunan-roma döyüş növləri üzrə beynəlxalq turnir başlayacaq.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, yarışda Azərbaycanın bir çox perspektivli atletləri iştirak edəcək. Turnirdə Gürcüstan, İran, Rusiya, Ukrayna, Türkiyə və digər ölkələrdən atletlər iştirak edəcək və onların bir çoxu artıq Bakıdadır.

Qeyd etmək lazımdır ki, 8 çəki dərəcəsində keçiriləcək turnirin təşkilatçısı Respublika Olimpiya İdman liseyidir.

Xəbər lenti

Xəbər lenti