...

Əli İsmayılov Sankt-Peterburqda peşəkar rinqə çıxacaq

Cəmiyyət Materials 23 Dekabr 2005 15:14 (UTC +04:00)

Azərbaycan boksçusu Əli İsmayılov peşəkar rinqdə öz növbəti reytinq döyüşünü dekabrın 24-də Sankt-Peterburqda keçirəcək.

İdmançının özünün Trend ə verdiyi məlumata görə, qarşıdakı həftə sonunda onun rusiyalı Valeri Brudovla qarşılaşacağı MDB çempionu adı uğrunda mübarizə planlaşdırılıb. Ə.İsmayılov bir-birinin ardınca keçirilən döyüşlərə baxmayaraq, yaxşı formada olduğunu bildirib. Mənim Piterdə məşq etməyə vaxtım olacaq və bundan sonra mən rinqə çıxacağım", - deyə boksçu qeyd edib. Onun sözlərinə görə, V.Brudovun peşəkar rinqdə çıxış etməkdə daha çox təcrübəsi olsa da, bu amil bizim boksçumuzu qətiyyən narahat etmir.

Qeyd etmək lazımdır ki, Əli artıq 3 reytinq döyüşü keçirib və onlardan 2-də qalib gəlib.

Xəbər lenti

Xəbər lenti