...

"AzərReyl" "Pallavolo Sirio" komandasına məğlub olub

Cəmiyyət Materials 12 Yanvar 2006 12:06 (UTC +04:00)

Çempionlar Liqasının qrup mərhələsinin 9-cu turu çərçivəsində qadınlardan ibarət "AzərReyl" voleybol klubu Perucanın "Pallavolo Sirio" komandasına 0:3 hesabı ilə məğlub olub.

Trend in xəbər verdiyi kimi, birinci partiya bərabər mübarizə şəraitində keçib və daha güclü komandanı tay-brekdə müəyyən etmək qərara alınıb. Bu partiya 29:27 hesabı ilə "Pallavolo Sirio"nun xeyrinə başa çatıb. Birinci setdəki uğursuzluq nəticəsində "AzərReyl"in ruhdan düşməsi ikinci partiyanın 25:19, üçüncü partiyanın isə 25:20 hesabı ilə "Pallavolo Sirio" qələbəsi ilə nəticələnib.

Bu qələbədən sonra "Pallavolo Sirio" qrupda liderliyini daha da möhkəmləndirib. Bu oyun builki Avropa kuboku kampaniyasında dəmiryolçuların üçüncü məğlubiyyətidir.

Xəbər lenti

Xəbər lenti