...

Diaspor təşkilatlarının nümayəndələri məcburi köçkünlərə və uşaq evlərinə bayram sovqatı paylayıblar

Cəmiyyət Materials 12 Yanvar 2006 17:55 (UTC +04:00)

Almaniya Federativ Respulikasında və Belçikada fəaliyyət göstərən bir neçə Azərbaycan diaspor təşkilatlarının nümayəndələri Azərbaycanda olublar. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Belçikadakı "Azərbaycan Evi"nin sədri Bülənt Gürçam, Belçika Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndəsi və Avropadakı Cəfərilər Cəmiyyətinin təmsilçisi Ayhan Dəmirçi, Almaniyanın Köln şəhərindəki Azərbaycan Türk Kültür və Dayanışma Dərnəyinin sədri Üfüq Kamal, Niderland Krallığındakı Dostluq Azərbaycan Cəmiyyətinin sədri Həbib Kələntərli və başqaları Qurban bayramı münasibətilə məcburi köçkünlərə qurban payı paylayıblar.

Qeyd edək ki, soydaşlarımızın Azərbaycana səfərlərinin əsas məqsədi Lənkəran rayonunda yerləşən məcburi köçkünlərə bayram sovqatı paylamaq olub. 40 ədədə yaxın qurbanlıq qoyun kəsilərək məcburi köçkünlərə paylanılıb. Bundan başqa diaspor təşkilatlarının nümayəndələri Lənkərandakı uşaq evlərinə baş çəkərək kimsəsiz uşaqlara yardım edib, onlara bayram sovqatı çatdırıb və musiqi mərkəzi hədiyyə ediblər.

Xəbər lenti

Xəbər lenti