"Neftçi"nin baş məşqçisi Ağasəlim Mircavadov yanvarın 14-də Moskvada start götürən Birlik Kubokunun təqvimi ilə razılaşmır.
Məşqçi Trend ə bildirib ki, oyunun hazırkı sxemi ötən ilkindən də pis olub. Ötən il komanda yarışın finalına çatmışdı. "Əgər ötən il turnir ayın 15-də başlamışdısa, indi bir gün tez başlayır. Amma bizim vəziyyətimizdə, futbolçuların məzuniyyətdən yenicə qayıtdığı nəzərə alınarsa hətta bir günün də əhəmiyyəti vardır" - deyə A.Mircavadov qeyd edib.
Onun sözlərinə görə, nəzərə alsaq ki, bakılılar "Metallurq", "Skonto" kimi klublarla qarşılaşacaq, onda deyə bilərik ki, "Neftçi" güclü qrupa düşüb.