...

"Qaya" Mətbuat Yayımı firması etiraz aksiyalarını davam etdirməyəcək

Cəmiyyət Materials 21 Yanvar 2006 14:15 (UTC +04:00)

"Qaya" Mətbuat Yayımı firması köşklərinin bərpa edilməsi tələbi ilə bir daha heç bir etiraz aksiyası keçirməyəcək. Bu barədə Trend ə firmanın direktoru Xanhüseyn Əliyev məlumat verib.

O bildirib ki, Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun imzasıyla firmaya məktub daxil olub. Məktubda Bakının Nəsimi rayonu ərazisində 1 köşkün qoyulması üçün yer təklif edilib. X.Əliyev bu təkliflə razılaşıb, lakin Nəsimi rayon icra hakimyyəti göstərilən ərazidə köşkün qoyulmasına razılıq verməyib.

Xanhüseyn Əliyev bildirib ki, məsələni danışıqlar yolu ilə həll etmək niyyətindir və hazırda Bakı şəhər və Nəsimi rayon icra hakimiyyətlərinin cavabını gözləyir.

Qeyd edək ki, "Qaya" firması Bakı şəhərində və ayrı-ayrı bölgələrdə köşklərinin götürülməsinə etiraz olaraq çoxsaylı aksiyalar, piketlər keçirib. "Bizə söz veriblər ki, Nəsimi rayonu ərazisində bir köşkümüz qoyulacaq və bu, digər köşklərin də bərpasının başlanğıcı olacaq. Problem bundan sonra ardıcıllıqla həll olunmalıdır. Buna görə də etiraz aksiyalarını davam etdirmək fikrində deyilik", - deyə firma rəhbəri vurğulayıb.

Xəbər lenti

Xəbər lenti