Fevralın 11-də İran İslam inqilabının 27-ci ildönümü münasibətilə Bakıda futzal üzrə yarışlar keçiriləcək. İranın Azərbaycandakı səfirliyindən Trend ə verilən məlumata görə, yarışlar Azərbaycanın idman klublarının komandaları və Bakıda yaşayan İran vətəndaşlarından ibarət komandalar arasında keçiriləcək.
"STAR" Olimpiya İdman Mərkəzində keçiriləcək turnirin açılış mərasimində İranın Azərbaycandakı səfiri Əfşar Süleymani və Azərbaycanın idman təşkilatlarının nümayəndələri iştirak edəcək.