...

QİİT üzvü ölkələrinin turizm nazirləri Yunanıstanda yığışacaq

Cəmiyyət Materials 10 Fevral 2006 20:26 (UTC +04:00)

Qara dəniz iqtisadi inkişaf Təşkilatına (QİİT) üzv ölkələrin turizm nazirləri martın 31-də Yunanıstanda keçiriləcək növbəti görüşdə əməkdaşlığın inkişafı perspektivlərini müzakirə edəcək. Bu barədə Trend ə təşkilatın katibliyində bildirilib.

Görüşdə təşkilatın üzvü olan ölkələrin turizm nazirləri əməkdaşlığın inkişafı prioritetlərini müəyyən edəcək, prioritetlərin əhəmiyyətini təyin edən Rodos bəyannaməsini nəzərdən keçirəcək.

Görüşdə təşkilata daxil olan bütün 11 dövlətin: Albaniya, Ermənistan, Azərbaycan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Türkiyə, Ukrayna və Rusiya nazirlərinin iştirakı planlaşdırılır. Azərbaycanı görüşdə mədəniyyət və turizm naziri Ə.Qarayevin təmsil edəcəyi gözlənilir. Görüş turizm üzrə İşçi Qrupunun iclasından öncə keçiriləcək.

Xəbər lenti

Xəbər lenti