...

Azərbaycanda həbs edilmiş Gürcüstan vətəndaşı Merabi Cibutia azadlığa buraxılıb

Cəmiyyət Materials 16 Fevral 2006 14:45 (UTC +04:00)

Ötən ilin sentyabr ayında Azərbaycanda həbs edilmiş Gürcüstan Respublikasının vətəndaşı Merabi Cibutia Ağstafa rayon məhkəməsinin qərarı ilə azadlığa buraxılıb. Bu barədə Trend ə vəkil Osman Kazımov məlumat verib.

Merabi Cibutia Gürcüstan-Azərbaycan sərhədini qanunsuz keçməkdə təqsirli bilinirdi. O, əvvəlcə Bayıldakı 1 saylı istintaq təcridxanasında, sonra isə Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılırdı. M.Cibutia ötən ilin avqust ayında "Yeni fikir" Gənclər Təşkilatının sədri Ruslan Bəşirlinin Gürcüstanda görüşdüyü şəxslərdən biridir. Həmin görüşlə əlaqədar hazırda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində istintaq aparılır. Lakin Cibutiaya qarşı həmin görüşlə bağlı heç bir ittiham irəli sürülməyib və o, yalnız dövlət sərhədini pozmaqda təqsirləndirilib. MTN İstintaq İdarəsində ibtidai istintaq başa çatdıqdan sonra cinayət işinin materialları Ağstafa rayon məhkəməsinə göndərilib.

Məhkəmə Merabi Cibutianı cərimələyərək həbsdən azad edib və o, artıq öz ölkəsinə qayıdıb.

Xəbər lenti

Xəbər lenti