...

Dünyanın müxtəlif ölkələrində Azərbaycanın diaspor təşkilatları Xocalı soyqırımının ildönümünə hazırlaşır

Cəmiyyət Materials 20 Fevral 2006 14:32 (UTC +04:00)

Fevralın 25-dən 28-dək Şərqi və Qərbi Avropa ölkələrində, MDB dövlətlərində, həmçinin, Misirdə və ABŞ-da Xocalı soyqırımının 14-cü ildönümü ilə əlaqədar Azərbaycanın xaricdəki diaspor təşkilatları aksiyalar, elmi-təcrübi konfranslar və digər müxtəlif səpgili tədbirlər keçirəcək. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Komitədən bildirilib ki, Budapeştdə, Praqada, Stokholmda və Avropanın digər iri şəhərlərində, həmçinin, Rusiyanın bir neçə şəhərlərində keçiriləcək tədbirlərə hazırlıq işlərinə başlanılıb. Küçə aksiyaları, elmi-təcrübi konfranslarla bərabər soydaşlarmız Xocalı soyqırımına, Qarabağın erməni təcavüzünə məruz qalmasına həsr olunmuş sərgilər də təşkil edəcək.

Diaspor təşkilatlarımızdan biri - Maynz Azərbaycan Cəmiyyətinin və türk icmalarının təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş bir tədbir artıq keçirilib. Fevralın 17-də Almaniyanın Maynz şəhərində "Soyqırımlar tarixi və Qərbin erməni iddiaları" mövzusunda elmi-təcrübi konfrans təşkil olunub, tədbirdə tanınmış alim, sosial antropoloq və etnoqraf Sefa Yürükel geniş məruzə ilə çıxış edib. Konfransa Almaniyadakı bir sıra nüfuzlu şəxslər, habelə kütləvi informasiya vasitələrinin nümayəndələri də qatılıb.

Xəbər lenti

Xəbər lenti