...

Azərbaycan İslam Partiyasının sədrinin məhkəməsi fevralın 24-ə təyin olunub

Cəmiyyət Materials 21 Fevral 2006 15:25 (UTC +04:00)

Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Hacıağa Nurinin Mərkəzi Seçki Komissiyasına (MSK) qarşı qaldırdığı iddia ərizəsi ilə bağlı fevralın 21-də Səbail Rayon Məhkəməsində təyin edilən məhkəmə prosesi keçirilib. Trend xəbər verir ki, hakim Yusif Kərimov məhkəmə prosesinə baxdıqdan sonra üç günlük müşavirə elan edib.

Qeyd edək ki, H.Nurinin iddia ərizəsində onun deputatlığa namizədliyinin qeyri-qanuni ləğv olunmasına təşəbbüs göstərən MSK-nın sabiq katibi Vidadi Mahmudlunun işdən azad edilməsi və ona dəyən maddi-mənəvi ziyana təzminat ödənilməsi tələb olunub.

Məhkəmə prosesində H.Nurinin vəkili Çingiz Quliyüev və MSK-nın nümayəndəsi İradə Hacıyeva iştirak ediblər. Hakimin qərarı ilə proses fevralın 24-ü, saat 17.30-da davam edəcək.

Xəbər lenti

Xəbər lenti