Azərbaycanın qılıncoynatma komandası bu günlərdə Budapeştdə start veriləcək Dünya Kuboku mərhələsində çıxış edəcək.
Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmədovun Trend ə verdiyi məlumata görə, komandanın tərkibinə zəngin beynəlxalq təcrübəyə malik olmayan Səbinə Əmrahzadə, Sevil Bünyadova və Aidə Ələsgərova daxildir. Bu idmançıların keçən il Planet Kubokunda öz güclərini sınamasına baxmayaraq, bu Kubokda medal uğrunda mübarizə kifayət qədər gərgin keçəcək. Y.Məmmədovun sözlərinə görə, səfərdə əsas məqsəd aparıcı qılınc ustaları ilə görüşlərdə yarış təcrübəsini artırmaqdır.
Qeyd edək ki, Fikrət Vəliyevin rəhbərlik etdiyi kollektiv əvvəlcə şəxsi hesabda, daha sonra isə komanda birinciliyində çıxış edəcək.