...

İsrail taekvandoçuları Bakıda təlim-məşq toplanışları keçirəcək

Cəmiyyət Materials 24 Fevral 2006 14:01 (UTC +04:00)

Fevralın 26-da İsrailin taekvando komandası yerli yığma ilə birgə təlim-məşq toplanışları keçirmək üçün Bakıya gələcək.

Milli Federasiyanın birinci vitse-prezidentinin Trend ə verdiyi məlumata görə, Azərbaycana Avropa və Dünya çempionlarının mükafatçıları olan ən güclü israil atletləri gələcək. O hesab edir ki, qarşıdakı məşqlər 2006-cı ilin məsuliyyətli yarışları ərəfəsində hər iki komandanın xeyrinə olacaq. Yarışlarda 2002-ci il planet birinciliyinin qalibi Niyaməddin Paşayev də daxil olmaqla bütün güclü yerli atletlər iştirak edəcək.

Xatırladaq ki, yığma üçün mövsümün əsas yarışları komandalararası Dünya və Avropa kuboku, o cümlədən bir sıra "A" kateqoriyalı turnirlər olacaq. Bu turnirlərdən biri isə Bakıda keçiriləcək.

Xəbər lenti

Xəbər lenti