...

Mətbuat Şurası "Azadlıq" qəzetinin əməkdaşına edilən sui-qəsdlə bağlı Baş Prokurorluğa və DİN-ə müraciət edib

Cəmiyyət Materials 6 Mart 2006 16:11 (UTC +04:00)

Mətbuat Şurasının sədri Əflatun Amaşov "Azadlıq" qəzetinin əməkdaşı Fikrət Hüseynliyə qarşı edilən sui-qəsdlə bağlı baş prokuror Zakir Qaralova və Daxili İşlər naziri Ramil Usubova müraciət ünvanlayıb. Bu barədə Trend ə Ə.Amaşov məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar MŞ-nin "Mətbuatla dövlət orqanlarının problemlərinin həlli" daimi komissiyasının iclası keçirilib. İclasın qərarına əsasən, komissiyanın sədri İbrahim Məmmədli F.Hüseynlinin evində olub.

F.Hüseynli ilə görüşün nəticəsi olaraq MŞ hadisənin araşdırılması və cinayəti törədənlərin məsuliyyətə cəlb olunması tələbi ilə baş prokurorluğa və DİN-ə müraciət edib.

Xəbər lenti

Xəbər lenti