...

Nazim İbrahimov: "Dünya Azərbaycanlılarının II qurultayında Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması müzakirə olunacaq"

Cəmiyyət Materials 9 Mart 2006 14:23 (UTC +04:00)

Martın 16-da keçiriləcək Dünya Azərbaycanlılarının ikinci qurultayına xarici ölkələrdən dəvət olunan qonaqlar artıq Bakıya gəlməyə başlayıblar. Trend in məlumatına görə, bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov martın 9-da keçirdiyi mətbuat konfransında açıqlama verib. O, bildirib ki, qurultayda xarici ölkələrdən 600-ə qədər qonaq, Azərbaycandan 650-dən artıq nümayəndə iştirak edəcək. Qonaqlar arasında Azərbaycanda fəaliyyət göstərmiş xarici dövlətlərin keçmiş səfirləri, Nobel ailəsinin üzvləri, bir sıra ölkələrin parlament nümayəndə heyətləri, rəsmi şəxsləri, Azərbaycan, türk, yəhudi diaspor qurumlarının rəhbərləri də olacaq.

Nazim İbrahimov bildirib ki, martın 16-da saat 11.00-dan 19.00-dək davam edəcək qurultayda 170 nəfər də KİV nümayəndəsinin iştirakı təmin olunacaq. N.İbrahimovun sözlərinə görə, Dövlət Komitəsi Dünya Azərbaycanlılarının qurultayının beş ildən bir keçirilməsi təklif ediləcək. Qurultayda Dağlıq Qarabağ probleminə dair dünya ictimaiyyətinə müraciət, həmçinin Qarabağa dair bəyanat, dünya azərbaycanlılarına müraciət qəbul ediləcək, türk-Azərbaycan disporuna da xüsusi müraciətdə onların birliyinin möhkəmləndirilməsinə çağırışlar ediləcək. Qurultayda Azərbaycan diasporunun fəaliyyət konsepsiyasının hazırlanması məqsədilə xüsusi işçi qrupunun yaradılması, Azərbaycan-türk disaporunun birgə fəaliyyət strategiyasının işlənməsi müzakirə olunacaq.

Komitə sədri qeyd edib ki, qurultayın bütün xərcləri dövlət hesabına ödəniləcək.

Xəbər lenti

Xəbər lenti