...

Azərbaycanlı fiqurist Emma Hacıyeva dünya birinciliyində çıxışlara başlayıb

Cəmiyyət Materials 10 Mart 2006 19:05 (UTC +04:00)

Azərbaycanlı fiqurist Emma Hacıyeva Lyublyanada keçirilən gənclər arasında dünya birinciliyində ixtisaslaşmanın yekunları üzrə 18-ci nəticəni göstərib.

Trend in məlumatına görə, sərbəst rəqsə görə hakimlər ona 52,18 bal veriblər ki, bu da Emmaya birinci iyirmiliyə düşməyə imkan verib. Hazırda turnir protokolunda o, macar Byanka Padarı, xorvat Zelka Krijmaniçi, meksikalı Emili Naptalı, Latviyadan Marina Balabı, norveç Erli Hardstadı, CAR-dan Meqan Ellini, türk Busə Koskunu və Argentinanın təmsilçisi Natali Aleksandra Matsuokini geridə qoyub.

E.Hacıyeva Sloveniyada buz üzərində çıxışlarını daha da yaxşılaşdırmaq şansına malik olsa da, o, artıq medal uğrunda mübarizə apara bilməyəcək.

Xəbər lenti

Xəbər lenti