...

Teymur Rəcəbov gözəl nəticə əldə edib

Cəmiyyət Materials 13 Mart 2006 11:19 (UTC +04:00)

Linares-2006 iri beynəlxalq şahmat turnirinin sonuncu turu idman yarışlarının nəticələrinin proqnozlaşdırılmasının mənasızlığını bir daha təsdiqləyib.

Trend in xəbər verdiyi kimi, birinci yeri qazanmaq şansı yüksək qiymətləndirilən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov risk etməmək qərarına gələrək fransız E.Bakro ilə heç-heçə oynayıb. Turnirin autsayderi F.Valyexo-Ponsla oynayan bolqarıstanlı dünya çempionu V.Topalov partiyanı çətinliklə heç-heçə başa vurub. Həm macar P.Leko ilə partiya, həm də turnir L.Aronyanın qələbəsi ilə başa çatıb.

Beləliklə, turnirdə T.Rəcəbov V.Topalovla 2-3-cü yerləri bölüşdürür ki, bu da Teymurun karyerasında ən yüksək nailiyyətlərdən biridir.

V.Topalovun da göstərdiyi yekun nəticələr valehedicidir. O, yarışın birinci dövrəsindən sonra turnir cədvəlini qapayaraq "-2", yekunda isə "+2" göstəricisinə malik olub.

T.Rəcəbov da özünəməxsus gözəl oyun nümayiş etdirib. O, ilk iki turun birinci dövrəsində məğlub olsa da, sonda özünü toplayaraq 4 qələbə qazanıb.

Xəbər lenti

Xəbər lenti