...

Vitali Rəhimov İranda bürünc medal qazanıb

Cəmiyyət Materials 13 Mart 2006 14:34 (UTC +04:00)

Yunan-Roma güləşi üzrə Azərbaycan yığması İranın Qum şəhərində keçirilən beynəlxalq turnirdə bir bürünc medal qazanıb.

Milli yığmanın baş məşqçisi Elçin Cəfərovun Trend ə verdiyi məlumata görə, 60 kq çəki dərəcəsində mükafatçıların üçlüyünə Avropa çempionu Vitali Rəhimov daxil olub. Atletin yarışa yüngül zədə ilə qoşulduğunu nəzərə alsaq bu nəticəni uğurlu hesab etmək olar. Eyni zamanda, Elvin Mürsəliyev (74 kq) və Cəlal Bahadurov (96 kq) da mükafat almaq üçün mübarizə aparsalar da, buna nail ola bilməyiblər.

Qeyd etmək lazımdır ki, turnirdə 10 ölkənin idmançıları iştirak ediblər, İrana səfəri isə komanda üçün apreldə keçiriləcək Avropa çempionatı ərəfəsinedə qüvvələrin sınaqdan keçirilməsi hesab etmək olar.

Xəbər lenti

Xəbər lenti