...

Ekologiya Nazirliyi Azərbaycanda "quş qripi"nin yayılması ilə bağlı vəziyyəti nəzarət altında saxlayır

Cəmiyyət Materials 14 Mart 2006 11:36 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda "quş qripi"nin yayılması ilə bağlı vəziyyəti nəzarət altında saxlayır. Bu barədə Trend ə nazirlikdən məlumat verilib.

Dövlət strukturundan qeyd edilib ki, Ekologiya Nazirliyi hər gün virusun aşkar olunması üzrə montiorinq aparır və bu monitorinqlərin nəticələri nazirliyin ölkənin dövlət strukturları və xüsusi komissiya arasında yayılan gündəlik bülleteninə daxil edilir. "Nazirlik nümayəndələri müntəzəm olaraq reydlər keçirir", - deyə dövlət strukturundan bildirilib.

Ekologiya Nazirliyi köçəri quşların miqrasiyası üzrə xəritə hazırlayıb və bu xəritədə onların Azərbaycan ərazisindən uçuş istiqamətləri müəyyənləşdirilib.

Nazirlikdən bildirilib ki, virusun aşkar olunması üzrə növbəti monitorinq başa çatmaq üzrədir və bu monitorinqin nəticələri "quş qripi"nin qarşısının alınması üzrə xüsusi komissiya tərəfindən açıqlanacaq.

Nazirlik Azərbaycan ərazisində "quş qripi" virusunun yayılmasının qarşısının alınması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində gücləndirilmiş iş rejiminə keçib.

Xəbər lenti

Xəbər lenti