...

Natiq Bağırov: Belorusda azərbaycanlı uşaqlar üçün bazar günü məktəbləri açılacaq

Cəmiyyət Materials 15 Mart 2006 14:42 (UTC +04:00)

Yaxın vaxtlarda Belorusda azərbaycanlı uşaqları üçün bazar günü məktəbləri açılacaq. Bu barədə martın 15-də Bakıda Trend in müxbiri ilə söhbətində Belorusda Azərbaycan icması Konqresinin sədri, bu ölkədə Azərbaycan diasporunun nümayəndələri qrupuna başçılıq edən Natiq Bağırov məlumat verib.

N. Bağırov qeyd edib ki, Belorusda Azərbaycan diasporu 100 min nəfərdən ibğarədir. Onlar 5 iri qrupda birləşiblər. Milli irsin saxlanması məsələsi isə Konqresin fəaliyyətinin əsas prioritetlərindən biridir.

"Dünya Azərbaycanlılarının II Qurultayı postsovet məkanında azərbaycanlı icmalar arasında əlaqələri möhkəmləndirməyə imkan verir və diasporun fəaliyyət strukturunu möhkəmləndirir", -deyə N. Bağırov bildirib. O qeyd edib ki, yaxın gələcəkdə Azərbaycan dilində qəzetin buraxılması da nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti