...

Ağası Məmmədov Ənvər Çoudri Kubokunda çıxışa hazırdır

Cəmiyyət Materials 16 Mart 2006 20:06 (UTC +04:00)

Dünya çempionu Ağası Məmmədov keçirdiyi avtomobil qəzası ilə bağlı olaraq uzun fasilədən sonra Ümumdünya Boks Assosiasiyasının (AIBA) prezidenti Ənvər Çoudrinin şərəfinə keçirilən Kubokda çıxış etməyə hazırdır.

İdmançının şəxsi məşqçisi Vaqif Kazımov Trend ə bəyan edib ki, onun yetirməsi özünün çox normal hiss edir və rinqə çıxmaq niyyətindədir. "Şübhəsiz ki, Ağası yüz faiz olmasa da hazırdır. Düşünürəm ki, idmançı payızadək optimal formaya düşə bilər, indi onun beynəlxalq turnirdə özünü yenidən yoxlamağı psixoloji baxımdan çox vacibdir" -deyə məşqçi qeyd edib. Üstəlik Afina Olimpiadasının bürünc mükafatçısı artıq Ə.Çoudri Kubokunda qalib gələrək məhz bu turnirdə olimpiya oyunlarına lisenziya əldə etmişdi.

Xatırladaq ki, A.Məmmədov milli çempionatda öz qüvvəsini sınamağı planlaşdırırırdı, amma sonradan mart turnirində əsas qüvvəsini səfərbər etməyi qərara alıb.

Xəbər lenti

Xəbər lenti