...

Mübariz Qarayev: "Gürcüstanda azərbaycanlılara paylanacaq torpaq sahələri iki dəfə artırılacaq"

Cəmiyyət Materials 17 Mart 2006 18:37 (UTC +04:00)

Gürcüstanda fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) bu ölkədə yaşayan azərbaycanlıların torpaq islahatları ilə bağlı maariflənməsi üçün bir sıra tədbirlər həyata keçirib. Bu barədə Trend ə Gürcüstanda fəaliyyət göstərən Kvemo-Karli bölgəsində mülkiyyətçilərin hüquqlarının müdaifəsi üzrə koordinator Mübariz Qarayev açıqlama verib.

O bildirib ki, Gürcüstanın İqtisadi İnkişaf Nazirliyi ölkə prezidentinin göstərişi əsasında müvafiq qanuna uyğun olaraq torpaq sahələrinin özəlləşdirilməsi prosesinə başlayıb. Bundan sonra Gürcüstanda fəaliyyət göstərən Azərbaycan qeyri-hökumət təşkilatları (QHT) 1997-ci ildə qəbul olunmuş torpaq haqqında qanunun Azərbaycan dilinə tərcümə edilərək nəşr olunması məsələsini hökumət qarşısında qaldırıb. M.Qarayevin sözlərinə görə, həmin qanun "Gürcüstan" qəzetində Azərbaycan dilində dərc olunub, həmçinin azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə müvafiq məlumat bukletləri paylanılıb. Eyni zamanda radio və televiziyalarda maarifləndirici reklam rolikləri yayımlanıb.

Mübariz Qarayev Gürcüstan azərbaycanlılarına əlavə torpaq sahələrinin paylanması barədə də məlumt verib. Bildirib ki, Qardabani rayonunun Kalinino kəndində 268 hektarlıq 488 torpaq sahəsi, Candar kəndində 338,36 hektarlıq 322 torpaq sahələri, Vaxtanqisi kəndində 597 hektarlıq 750 sahə kənd sakinlərinə paylanılıb. Bolinisi rayonunun Tamarisi kəndində 303, 83 hektarlıq 141 sahə, Marneuili rayonunun Böyük Muğanlı kəndinə 338,32 hektarlıq 64 sahə, Baydar kəndində 299,67 hektarlıq 433 sahə yerli əhaliyə paylanılıb. M.Qarayev bildirib ki, bir aydan sonra bu rəqəm iki dəfə artacaq. Onun sözlərinə görə, bundan başqa bu il 9 martda Gürcüstan hökuməti qərar qəbul edib ki, Qardabani rayonunda 50 kilometrlik sərhəd zolağındakı ərazilər bu rayonunun sakinlərinə verilsin.

Xəbər lenti

Xəbər lenti