...

Baş Prokurorluq KİV-də hüquq sahəsini işıqlandıran junralistlər üçün seminar keçirib

Cəmiyyət Materials 24 Mart 2006 13:08 (UTC +04:00)

Martın 24-də Azərbaycan Respublikasının Baş Prokurorluğu Mətbuat Şurası ilə birgə KİV-də hüquq sahəsini işıqlandıran jurnalistlər üçün seminar keçirib. Trend xəbər verir ki, seminarın keçirilməsində məqsəd prokurorluq orqanlarının kütləvi informasiya vasitələri ilə əmkdaşlığının daha da genişləndirilməsidir.

Baş prokurorun birinci müavini Eldar Nuriyev tədbir iştirakçılarının nzərinə çatdırıb ki, seminar inofrmasiya azadlığının təmin edilməsi barədə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin tövsiyələrinə uyğun olaraq həyata keçirilir. Bu seminar son dövrlərdə prokurorluq tərəfindən keçirilən çoxsaylı tədbirlərdən biridir. "Seminar əlaqələrin daha da inkişaf etdirilmsi və qarşılıqlı fəaliyytinin təmin edilməsində önəmli rol oynayacaq.

Daha sonra hüquqi təminat şöbəsinin prokuroru Kəmalə Əmirxanova, Dövlət ittihamının müdafiəsi üzrə idarənin prokuroru Munis Abuzərli, Daxili işlər orqanlarının istintaq, təhqiqat v əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin prokuroru Tahir İsmayılov məruzələrlə çıxış ediblər. Məruzələr cinayət və cinayət tərkibi, qətimkan tədbirləri, jurnalistin peşə fəaliyyətinə mane olma cinayət ətrafında olub.

Jurnalistlər məruzələr ətrafında fikir mübadilsi aparıblar və öz mülahizəlrini bölüşüblər.

Seminarda ölkədə fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin 60-a yaxın nümayəndəsi iştirak edib.

Xəbər lenti

Xəbər lenti