...

ÜTT İKT turizm nazirlərinin növbəti iclasının Bakıda keçirilməsinə texniki dəstək göstərə bilər

Cəmiyyət Materials 28 Mart 2006 16:26 (UTC +04:00)

Ümumdünya turizm təşkilatı (ÜTT) İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin turizm nazirlərinin növbəti iclasının Azərbaycanda keçirilməsinə texniki dəstək göstərə bilər. Bu barədə Trend ə Azərbaycanın mədəniyyət və turizm Nazirliyində bildirilib.

Bu məsələ ÜTT-nin rəhbərliyi ilə təşkilatın ötən ilin dekabrında Dakarda keçirilən 16-cı sessiyasında müzakirə edilib. Burada Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəz Qarayev də iştirak edib.

Xatırladaq ki, İKT-yə üzv ölkələrin turizm nazirlərinin növbəti iclasının cari ilin iyununda Bakıda keçirilməsi planlaşdırılır. İclas ərəfəsində təşkilatın ekspertlərinin iclası planlaşdırılır və burada nazirlərin qarşıdakı görüşünün gündəliyii razılaşdırılacaq.

Xəbər lenti

Xəbər lenti