Qafqaz müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxulislam hacı Allahşükür Paşazadə Səudiyyə Ərəbistanına səfər edəcək. Bu barədə Trend ə QMİ-də bildirilib.
Səfərin məqsədi aprelin 1-2də Məkkədə keçiriləcək "İslam dünyası birliyi" adlı beynəlxalq konfransda iştirak etməkdir. Konfrans Səudiyyə Ərəbistanının kralı Abdullah bin Abduləziz əs-Səudun himayəsi ilə təşkil edilib. Həmin konfransda nüfuzlu islam liderləri və tanınmış islamşünas alimlər iştirak edəcək.
Qafqaz şeyxulislamının konfransda islam dünyasının problemlərinə, həmçinin Dağlıq Qarabağ probleminin həllində müsəlman dünyası birliyinin mühüm rolunu qeyd etməsi kimi məsələlərə həsr olunmuş məruzə ilə çıxış edəcəyi planlaşdırılır.