Azərbaycanın Xarici İşlər Nazirliyi respublikanın xarici ölkələrdəki səfirliklərinə martın 31-də Azərbaycanlıların Soyqırımının ildönümü ilə bağlı bir sıra tədbirlər keçirməyi tapşırıb. Trend in ANS telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə jurnalistlərə xarici işlər naziri Elmar Məmmədyarov məlumat verib.
Nazirin sözlərinə görə, Azərbaycanın diplomatik missiyaları bütün dünyaya soyqırımın tarixi haqqında ətraflı məlumat yayacaq. O qeyd edib ki, Azərbaycan XİN dünya ictimaiyyətinin ölkənin tarixi və mədəniyyəti haqqında doğru məlumata malik olması istiqamətində böyük işlər görür.