...

İsraildə hesab olunur ki, Azərbaycanda dövlət və xalq tərəfindən yəhudilərə tolerant münasibət göstərilir

Cəmiyyət Materials 3 Aprel 2006 14:07 (UTC +04:00)

Azərbaycanda istər dövlət, istərsə də xalq tərəfindən yəhudilərə tolerant münasibət göstərilir. Azərbaycanın dini qurumlarla iş üzrə Dövlət komitəsində Trend ə bildirilib ki, İsrailin baş naziri dəftərxanasının rəhbəri Ariel Romot Dövlət komitəsinin sədri Rafiq Əliyevlə görüşündə bu barədə bəyan edib.

Azərbaycanda yaşayan yəhudilərin dini azadlığı və təhlükəsizliyinin müdafiə olunduğunu qeyd edən qonaq bu siyasətin bundan sonra da davam etdiriləcəyi arzusunu bildirib.

R.Əliyev ikitərəfli münasibətlərin inkişafında Azərbaycanda yaşayan yəhudi icmasının rolunu yüksək qiymətləndirib. Onun sözlərinə görə, dini icmaların sosial problemlərinin həlli məsələsi dövlətin diqqət mərkəzindədir və gələcəkdə də bu istiqamətdə bir çox işlər görüləcək.

Xəbər lenti

Xəbər lenti