...

"Xəzər" Aleksandr Səmədovu icarəyə götürməyi planlaşdırır

Cəmiyyət Materials 3 Aprel 2006 15:32 (UTC +04:00)

Trend-i buradan izləyin

Azərbaycanın futbol üzrə ikinci çempionu "Xəzər" Moskvanın "Lokomotiv" komandasının müdafiəçisi Aleksandr Səmədovun xidmətlərindən istifadə etməkdə maraqlıdır.

Trend in verdiyi məlumata görə, yaxın vaxtlarda lənkəranlılar gələn mövsüm üçün komandanın tərkibini möhkəmləndirməklə məşğul olmaq niyyətindədirlər və komandaya "Lokomotiv"in yarımmüdəafiəçisinin cəlb olunması prioritet tapşırıqlardan biri hesab edilir. Həm də Rusiyanın gənclər yığmasına daxil olmağa çalışan futbolçu özü dəmiryolçuların əsas tərkibində öz yerini itirib və oyun təcrübəsinə ehtiyacı var.

Eyni zamanda, "Xəzər" A.Səmədovu "Lolkmotiv"dən transferini planlaşdırmır və onun icarnəyə götürülməsi məsələsini nəzərdən keçirir. Bu məsələyə son nöqtə komandanın bilavasitə öz tərkibini möhkəmləndirməklə məşğul olacağı mövsümlərarası dövrdə qoyulacaq.

Xəbər lenti

Xəbər lenti