Aprelin 11-də Azərbaycanın insan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira Süleymanova Ağdam rayonuna səfər edib. Ombudsman Aparatından Trend ə verilən məlumata görə, müvvəkilin səfərində məqsəd bu rayonda insan hüquqlarının müdafiəsi ilə bağlı vəziyyətlə tanış olmaqdır.
Səfər zamanı E.Süleymanova rayon sakinləri və rəhbərliyi ilə görüşəcək, yerlərdə vətəndaşları qəbul edəcək. Bundan başqa, ombudsman 13 may təkrar parlament seçkiləri ilə bağlı əhali arasında izahat işi aparacaq", - deyə Ombudsman Aparatından bildirilib.