...

Avstriya Ali Məhkəməsinin sədri Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri ilə görüşüb

Cəmiyyət Materials 12 Aprel 2006 16:27 (UTC +04:00)

Aprelin 12-də Azərbaycanda səfərdə olan Avstriya Respublikası Ali Məhkəməsinin sədri Yoxan Reşut Azərbaycanın Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayevlə görüşüb. Trend in xəbərinə görə, bu barədə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən məlumat verilib.

Görüş zamanı Fərhad Abdullayev iki ölkənin yuxarı instansiya məhkəmələrinin əməkdaşlığını yüksək qiymətləndirib. Məhkəmə sədri qonağın nəzərinə çatdırıb ki, bu əməkdaşlıq məhkəmə hüquq təcrübəsi üçün mühüm rol oynayır.

Cari il ərzində artıq ikinci dəfədir ki, Fərhad Abdullayevlə görüşdüyünü xatırladan Yoxan Reşut qeyd edib ki, bu səfərinin Azərbaycanın Ali Məhkəməsi ilə ikitərəfli əlaqələrin yaranmasında böyük səmərəsi olacaq. Digər sahələrdə olduğu kimi, hüquq sahəsində də Avropada gedən inteqrasiya hüquq tətbiqedici orqanlar arasında təcrübə mübadiləsi üçün zəruriyyət yaradır.

Fərhad Abdullayev isə hər iki ölkənin məhkəmə orqanlarının əməkdaşlığına daim dəstək verməyə hazır olduğunu bildirib. Eyni zamanda avstriyalı həmkarı cənab K.Korinekin Bakıya planlaşdırılan səfəri barədə Y.Reşuta məlumat verib.

Görüş zamanı həmçinin məhkəmə hüquq təcrübəsi, Avropa dövlətlərarası müqavilənin təsiri barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti