...

Azərbaycanın Ədliyyə Nazirliyi Macarıstan hökuməti qarşısında vəsatət qaldıracaq

Cəmiyyət Materials 14 Aprel 2006 13:15 (UTC +04:00)

Budapeşt məhkəməsinin hökmü ilə ömürlük həbsə məhkum edilmiş Ramil Səfərovun öz vətəninə verilməsi ilə bağlı Azərbaycanın Ədliyyə Nazirliyi Macarıstanın Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldıracaq. Bu barədə Trend ə Azərbaycanın Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı İdarəsinin rəisi Zavər Qafarov məlumat verib.

İdarə rəisi bildirib ki, Ramil Səfərova təyin edilmiş cəzanın ağırlığından asılı olmayaraq bütün hallarda Macarıstan hökuməti onun Azərbaycana verilməsini təmin etməlidir. Çünki o, beynəlxalq konvensiyaya üzv dövlətdir. "Məlum olduğu kimi, Avropa Şurası tərəfindən 1983-cü ildə qəbul edilmiş beynəlxalq konvensiyanın məhkumun cəza çəkməsi üçün vətəndaşı olduğu ölkəyə verilməsinə dair maddəsi var. Həmin maddəyə uyğun olaraq xarici vətəndaşın hansı cəzaya məhkum olunmasından asılı olmayaraq o, cəzasını vətəndaşı olduğu ölkədə çəkmək hüququna malikdir. Həm Azərbaycan, həm də Macarıstan bu beynəlxalq konvensiyanın üzvüdür. Bu imkanlardan istifadə edərək Macarıstanın Ədliyyə Nazirliyi qarşısında vəsatət qaldıracağıq" - deyə Z.Qafarlı qeyd edib.

R.Səfərovun vəkilləri hökmdən apellyasiya şikayəti verməyə hazırlaşırlar. Bu səbəbdən də onun Azərbaycana verilməsi ilə bağlı Macarıstan hökumətinə müraciət hələlik mümkün deyil.

İdarə rəisi həmçinin xatırladıb ki, Ramil Səfərovla bağlı ikinci məhkəmə iclası da hələlik yekunlaşmayıb.

Qeyd edək ki, Budapeştin hüquq-mühafizə orqanları tərəfindən Ramil Səfərova qarşı daha bir ittiham irəli sürülüb. O, saxlandığı həbsxana əməkdaşlarına qarşı müqavimət göstərməskdə təqsirli bilinir. Bu iş üzrə məhkəmə iclası mayın 7-də davam edəcək.

Xəbər lenti

Xəbər lenti